27 
Noy
2022
22:50
10
299
4324
Virtual karabakh

Türkiyədə futbol matçında qapıçıya hücum olub: Oyun yarımçıq qalıb - FOTO/VİDEO

27 Noy, 2022
22:50
4324

Türkiyədə futbol matçında qapıçıya hücum olub: Oyun yarımçıq qalıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Göztepe” və “Altay” komandaları arasında keçirilən Türkiyə 1-ci Liqasının XV tur oyunu yarımçıq dayandırılıb.

Məlumata görə, buna stadionda baş verən hadisələr səbəb olub.

Qarşılaşmada meydana girən azarkeş “Altay”ın qapıçısı Ozan Evrim Özençi əlindəki çubuqla vurub. 29 yaşlı qolkiper xəstəxanaya aparılıb.

Bundan əlavə, qonaq komandanın fanatlarının istifadə etdiyi pirotexniki vasitələrdən sonra iki tərəfdar ciddi xəsarət alıb. Onlar da xəstəxanaya çatdırılıblar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri