28 
Noy
2022
09:57
179
7
968
Virtual karabakh

Dünya yaş qrupları yarışında 5 medal qazanan Azərbaycan gimnastları vətənə dönüblər - FOTO

28 Noy, 2022
09:57
968

Dünya yaş qrupları yarışında 5 medal qazanan Azərbaycan gimnastları vətənə dönüblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən batut və tamblinq üzrə dünya yaş qrupları yarışında uğurlu çıxış edən Azərbaycan milli komandası ötən gecə vətənə dönüb.

“Report”un məlumatına görə, idmançılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında azarkeşlər, ailə üzvləri, KİV nümayəndələri, federasiyanın rəsmiləri və digər şəxslər qarşılayıblar.

Qeyd edək ki, turnirə 12 idmançı ilə qatılan Azərbaycan yığması nüfuzlu yarışı bir qızıl, iki gümüş və iki bürünc medalla tamamlayıb.

Sinxron mübarizədə 15-16 yaş qruplarında Maqsud Maqsudov və Hüseyn Abbasov qızıl, 11-12 yaş qruplarında Baxşalıyev Ammar və Mustafayev Fərhad bürünc medal qazanıblar.

Fərdi yarışlarda isə 15-16 yaş qruplarında Maqsud Maqsudov bürünc, 13-14 yaş qruplarında Əli Niftəliyev gümüş medal əldə edib.

Tamblinq gimnastikasında isə Tofiq Əliyev fərdi çıxışda gümüş medal qazanıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri