28 
Noy
2022
10:56
111
9
2430
Virtual karabakh

Manuel Noyer dünya çempionatlarının rekordunu təkrarlayıb

28 Noy, 2022
10:56
2430

Manuel Noyer dünya çempionatlarının rekordunu təkrarlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatlarının rekordunu təkrarlayıb.

“Report” xəbər verir ki, 36 yaşlı qolkiper buna Qətərdə keçirilən mundialda qrup mərhələsinin II turunda İspaniya ilə matçda meydana çıxmaqla nail olub.

Bu, oyunçunun mötəbər turnirlərdə 18-ci matçıdır. Noyer bu göstəriciyə görə həmyerlisi Zepp Mayer və braziliyalı Klaudio Taffarelə çatıb.

O, III turda Kosta-Rika ilə qarşılaşmada iştirak etsə, çempionatlar tarixində ən çox oyun keçirən qapıçı adına sahib çıxacaq.

Qeyd edək ki, İspaniya-Almaniya görüşü 1:1 hesabı ilə başa çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri