28 
Noy
2022
16:08
105
23
1456
Virtual karabakh

Kəllə-beyin travması alan iranlı qapıçının ABŞ-yə qarşı oyunda meydana çıxacağı gözlənilir - FOTO

28 Noy, 2022
16:08
1456

Kəllə-beyin travması alan iranlı qapıçının ABŞ-yə qarşı oyunda meydana çıxacağı gözlənilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında İngiltərəyə qarşı oyunda komanda yoldaşı ilə toqquşaraq burun nahiyəsindən ağır xəsarət İran millisinin əsas qapıçısı Əlirza Beyrənvənd  əsas heyətlə məşqə qatılıb.

Qolkiperin məşqdə iştirakı onun ABŞ ilə gözlənilən oyunda meydana çıxmaq ehtimalını artırıb.

Artıq İran mətbuatı Karlus Keyruşun prinsipial oyunda qapını 30 yaşlı Beyrənvəndə tapşıracağını yazıb.

Qeyd edək ki, Əlirza Beyrənvənd İngiltərəyə qarşı görüşdə (6:2) komanda yoldaşı ilə toqquşaraq zədələnib. Burun nahiyəsindən xəsarət alan qolkiper oyunu davam etdirə bilməyib və 18-ci dəqiqədə meydanı xərəkdə tərk edib. Müayinədən keçən Beyrənvəndin kəllə-beyin travması aldığı üzə çıxıb.

Xatırladaq ki, B qrupunda yer alan İran və ABŞ milliləri arasında görüş sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Mənbə: Jahannews.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri