28 
Noy
2022
16:40
445
29
3061
Virtual karabakh

İran milli komandasının azərbaycanlı üzvü etiraz olaraq yığmadan ayrıldı - FOTO

28 Noy, 2022
16:40
3061

İran milli komandasının azərbaycanlı üzvü etiraz olaraq yığmadan ayrıldı - FOTO

İranda xalq etirazlarının yatırılması və repressiyalara etiraz əlaməti olaraq bir çox tanınmış idmançı, sənət adamı və aparıcı istefa verib. Əslən Güney Azərbaycanın Zəncan əyalətinin Xudabəndə şəhərindən olan tanınmış idmançı və İran milli taekvando komandasının üzvü Əkrəm Xudabəndəli də milli komandadan ayrılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Azərbaycanlı idmançı özünün sosial şəbəkə hesabında etdiyi paylaşımda 12 illik idman fəaliyyətindən sonra İran milli yığmasını tərk etmək qərarına gəldiyini yazıb.

Əkrəm Xudabəndəli İran qadın taekvandoçuları arasında ən güclü idmançılardan sayılır. O, 12 illik peşəkar idman fəaliyyəti dövründə bir neçə dəfə Asiya və dünya çempionatlarına qatılıb, qızıl və gümüş medallar qazanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri