29 
Noy
2022
13:54
92
19
1867
Virtual karabakh

Emin Mahmudov: “Qarabağ”a qarşı matçlar həmişə maraqlı olur” - MÜSAHİBƏ + FOTO

29 Noy, 2022
13:54
1867

Emin Mahmudov: “Qarabağ”a qarşı matçlar həmişə maraqlı olur” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” klubunun və Azərbaycan millisinin kapitanı Emin Mahmudov peşəkar karyerasına 2010-cu ildə Rusiya təmsilçisi “Saturn”da başlayıb.

Moskva “Spartak”ı və Portuqaliyada “Boavişta”nın da formasını geyinmiş yarımmüdafiəçi 2017-ci ildən “Neftçi”nin uğurları üçün çalışır.

2020/2021 mövsümündə ağ-qaralarla Azərbaycan Premyer Liqasının qalibi olan 30 yaşlı futbolçu “Report”un suallarını cavablandırıb.

- Premyer Liqanın son turunda “Səbail”ə 3:1 hesabı ilə qalib gəldiniz. Oyunu necə şərh edərdiniz?

- Matça yaxşı başlamışdıq. İki top fərqi ilə önə keçəndən sonra boşluqlar verməyə başladıq. O anlarda rəqib bizdən daha yaxşı oynadı. Yaxşı ki, qələbə qazandıq.

- Hər üç qolu siz vurdunuz. Karyeranızdakı ilk het-triklə bağlı təəssüratlarınız necədir?

- İlk dəfə het-trikə imza atdığım üçün çox şadam. Bunu bacaran oyunçulardan olduğum üçün sevinirəm.

- Dünya çempionatının davam etdiyi bir vaxtda ölkə çempionatına köklənməklə bağlı problem olur?

- Bu, bizə mane olmur. Hətta deyərdim ki, daha yaxşıdır. Oyundan əvvəl bazada qalanda komanda yoldaşlarımızla futbola baxa bilirik.

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyunla bağlı nə deyə bilərsiniz?

- Bu komanda ilə oyunlar həmişə maraqlı olur. Ağdamlılarla qarşılaşmaları çox sevirəm. Qələbə qazanmaq üçün bu görüşə maksimum diqqətli çıxmalıyıq.

- Qələbə qazansanız, liderlə xal fərqini minimuma endirə bilərsiniz. Bu amil komandanız üçün əlavə stimul ola bilər?

- Bizim üçün 3 xal hər oyunda, həmçinin “Qarabağ”la matçda da stimul olmalıdır.

- Azərbaycan millisi ardıcıl beşinci qələbəsini qazandı. Sanki komandada artıq qələbə ruhu formalaşıb. Bu amil seçmə mərhələdə milliyə nə dərəcədə kömək edəcək?

- Qələbələr komandaya daha çox güvən verir və biz də yaxşı oyun göstərəcəyimizə, xallar qazanacağımıza inanırıq.

- Futbolçuların De Byaziyə, italiyalı mütəxəssisin isə artıq oyunçulara uyğunlaşdığını söyləmək olar?

- Biz baş məşqçinin istədiyini yerinə yetirməyə çalışırıq. Necə alındığını seçmə mərhələdə birlikdə görəcəyik.

- Dünya çempionatı barədə fikirləriniz maraqlıdır. Mövsümün ortasında və qışda keçirilən mundial necə təsir bağışlayır?

- Mənim üçün fərq etmir. Dünya çempionatı futbolun ən vacib turniridir və həmişə maraqlıdır.

- Hansı komandaya azarkeşlik edirsiniz və ya favoritiniz kimdir?

- Uşaqlıqdan Braziliya yığmasının azarkeşiyəm və onları favorit kimi görürəm.

- Artıq qrup mərhələsində II tur başa çatıb. Hansı yığma sizi daha çox təəccübləndirib?

- Səudiyyə Ərəbistanı yığması bir az təəccübləndirdi. Çox yaxşı futbol oynayırlar, heç kimdən çəkinmirlər. Onların maraqlı taktikaları var.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri