29 
Noy
2022
17:48
175
14
1202
Virtual karabakh

“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

29 Noy, 2022
17:48
1202

“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda Kəlküttə şəhərində şahmat üzrə “Tata Steel İndia” rapid turniri başlayıb.

“Report” xəbər verir ki, bu gün start götürən yarışda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov da iştirak edir.

Turnirin ilk günündə 3 oyun keçirən “Şah” hər üç qarşılaşmadan qalibiyyətlə ayrılıb.

İlk oyununda qara fiqurlarla hindistanlı Qukeşə qalib gələn Məmmədyarov ikinci görüşündə onun həmyerlisi Sethuramanı ağ fiqurlarla udub.

Günün son matçında amerikalı Uesli Sonu məğlub edən Azərbaycan qrossmeysteri 3 oyundan sonra 3 xalla turnir cədvəlinin lideridir.

Qeyd edək ki, qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri