30 
Noy
2022
14:50
61
10
731
Virtual karabakh

“Shuttle Time Azerbaijan 2022” layihəsi Naxçıvan və Qaxda həyata keçirilib - FOTO

30 Noy, 2022
14:50
731

“Shuttle Time Azerbaijan 2022” layihəsi Naxçıvan və Qaxda həyata keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Badminton Federasiyası və Dünya Badminton Federasiyasının (BWF) birgə əməkdaşlığı ilə Naxçıvan Muxtar Respublikasında ilk dəfə “Shuttle Time for kids” proqramı həyata keçirilib.

Bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Bildirilib ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən təlimlərdə 2009 və daha kiçik təvəllüdlü uşaqlara məşqçilər Ürfan Rzabəyli, Nihadə Həsənova və Kərim Musayev tərəfindən ilk olaraq badmintonun qaydaları izah olunub, sonra məşqlərə start verilib.

İki gün ərzində ümumilikdə 80 uşağa badmintonun nəzəri və praktiki bilikləri aşılanıb. Ustad dərslərdə Naxçıvan şəhəri ilə yanaşı, Culfa, Şərur, Şahbuz və Kəngərli rayonlarından olan uşaqlar badmintonun sirlərinə yiyələniblər.

Layihə Qax şəhərində də beynəlxalq sertifikata malik məşqçilər tərəfindən həyata keçirilib. İnteraktiv və əyləncəli badminton oyunlarının keçirildiyi tədbirin sonunda iştirakçılara badminton ləvazimatları hədiyyə edilib.

Qeyd edək ki, “Shuttle Time” layihəsi Dünya Badminton Federasiyası (BWF), Avropa Badminton Konfederasiyası (BEC), Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra olunur. Bu günədək Bakı, Sumqayıt, Qusar, Lənkəran, Gəncədə baş tutan layihə Şamaxı, Tovuz və Sabirabad rayonlarında da davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri