30 
Noy
2022
22:29
71
122
7112
yuxarı
DÇ-2022-də kuryoz hadisə: Oyun başa çatdıqdan sonra qol ləğv olundu - VİDEO
30 Noy, 2022
22:29
7112
71
122
DÇ-2022-də kuryoz hadisə: Oyun başa çatdıqdan sonra qol ləğv olundu - VİDEO
Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda kuryoz hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, Avropa təmsilçisinin hücumçusu Antuan Qrizmannın 90+8-ci dəqiqədə vurduğu qol final fitindən sonra ləğv edilib.
Matçın baş hakimi Mettyu Konger əvvəlcə qolu qeydə alsa da, görüş başa çatdıqdan sonra VAR sistemi epizoda müdaxilə edib. Nəticədə oyundankənar vəziyyət qeydə alınıb və qol sayılmayıb.
Qeyd edək ki, görüş Tunis yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa millisi məğlubiyyətə baxmayaraq, qrupu 6 xalla ilk pillədə başa vurub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək