Dek
2022
10:48
115
29
4603
Virtual karabakh

Polşalı qapıçı oyun zamanı Messi ilə mərcə girib

1 Dek, 2022
10:48
4603

Polşalı qapıçı oyun zamanı Messi ilə mərcə girib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə DÇ-2022-nin 3-cü turunda keçirilən Polşa-Argentina matçında qapıçı Voytsex Şesnı Lionel Messi ilə mərcə girib.

Polşa millisinin qolkiperi bu barədə oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb:

“Messiyə dedim ki, hakim penalti təyin etməyəcək, əminəm, gəl 100 avrodan mərc edək. Və mən mərci uduzdum. Bilmirəm, buna icazə verilib, yoxsa yox? Bəlkə də, cərimə olunacağam, amma ona pul vermək fikrində deyiləm. Messinin artıq kifayət qədər pulu var”.

Qeyd edək ki, sözügedən matçın 38-ci dəqiqəsində polşalı qapıçı Messinin penaltidən vurduğu zərbəni dəf edib.

Mənbə: Ole

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri