Dek
2022
00:58
250
59
7075
Virtual karabakh

DÇ-2022: Almaniya və Kosta Rika qrupda qaldı - YENİLƏNİB + VİDEO

2 Dek, 2022
00:58
7075

DÇ-2022: Almaniya və Kosta Rika qrupda qaldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya millisi Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıb.

Oxu.Az xəbər verir ki, Bundestim E qrupunun III turunda Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, mübaizəni dayandırıb.

Buna qrupun digər matçında Yaponiya yığmasının İspaniyaya 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub.

Bu nəticələrdən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olub və pley-offa adlayıb. İspaniya 4 xalla ikinci, eyni xala malik Almaniya üçüncü olub. 3 xalı olan Kosta Rika isə qrupu sonuncu pillədə başa vurub.

00:47

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçında hesab dəyişib.

Qarşılaşmanın 90+1-ci dəqiqəsində Niklas Füllkrüq Almaniyanın 4-cü qoluna imza atıb. 

00:42

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçında hesab dəyişib. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 85-ci dəqiqəsində Kay Havertz Almaniyanı önə çıxaran qola imza atıb.

00:30

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçında hesab dəyişib. 

Oxu.Az xəbər verir ki, əvvəlcə qarşılaşmanın 70-ci dəqiqəsində Varqas Kosta Rikanı önə keçirən qola imza atıb. 

Ardınca isə 73-cü dəqiqədə Kay Havertz yenidən hesabda tarazlıq yaradıb. 

 

00:16

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçında hesab dəyişib. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 59-cu dəqiqəsində Texeda Kosta Rikanın bərabərlik qoluna imza atıb. 

00:01

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçında ikinci hissə başlayıb. 

Oxu.Az xəbər verir ki, Almaniya qalib gəlir.

23:47

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçında ilk hissə başa çatıb. 

Oxu.Az xəbər verir ki, Almaniya qalib gəlir.

23:12

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçında hesab açılıb. 

Oxu.Az xəbər verir ki, oyunun 10-cu dəqiqəsində Qnabri Almaniyanı hesabda önə çıxarıb. 

23:01

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda keçirilən Kosta Rika - Almaniya matçı başlayıb. 

Oxu.Az xəbər verir ki, matç saat 23:00-da start götürüb. 

22:24

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Kosta Rika və Almaniya yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kosta Rika: Keylor Navas, Kendal Vaston Manle, Oskar Duarte, Brayan Ovyedo, Xuan Pablo Varqas, Brandon Agilera, Yeltsin Texeda, Selso Borxes, Keyşer Fuller, Joel Kempbell, Cohan Veneqas

Almaniya: Manuel Noyer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Leroy Sane, Tomas Müller

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri