Dek
2022
00:56
282
46
5430
Virtual karabakh

DÇ-2022: Yaponiya və İspaniya 1/8 finalda - YENİLƏNİB + VİDEO

2 Dek, 2022
00:56
5430

DÇ-2022: Yaponiya və İspaniya 1/8 finalda - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya və İspaniya yığmaları Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, iki kollektiv E qrupunun son turunda üz-üzə gəlib.

Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra yaponiyalılar 6 xalla qrup lideri olublar. 4 xalı olan ispaniyalılar isə 2-ci yerin sahibi kimi pley-offa adlayıblar.

Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

00:11

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya - İspaniya matçında hesab yenidən dəyişib. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 53-cü dəqiqəsində Tanaka Yaponiyanı önə keçirən qola imza atıb. 

00:05

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya - İspaniya matçında hesab bərabərləşib.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 48-ci dəqiqəsində Doan Yaponiyanın bərabərlik qoluna imza atıb. 

00:02

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya - İspaniya matçında ikinci hissə başlayıb. 

Oxu.Az xəbər verir ki, İspaniya qalib gəlir.

23:49

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya - İspaniya matçında ilk hissə başa çatıb. 

Oxu.Az xəbər verir ki, İspaniya qalib gəlir.

23:14

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya - İspaniya matçında hesab açılıb. 

Oxu.Az xəbər verir ki, oyunun 12-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb. 

23:02

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya - İspaniya matçı başlayıb. 

Oxu.Az xəbər verir ki, matç saat 23:00-da start götürüb. 

22:32

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Yaponiya və İspaniya yığmalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Yaponiya: Şuiçi Qonda (q), Yuto Naqatomo, Maya Yoşida (k), Ko İtakura, Daiçi Kamada, Syoqo Taniquti, Ao Tanaka, Hidamesa Morita, Dzünyo İto, Daydzen Maeda, Takefuso Kubo

İspaniya: Unay Simon, Sesar Asplikueta, Rodri, Alexandro Balde, Pau Torres, Qavi, Serxio Busgets, Pedri, Dani Olmo, Alvaro Morata, İnyaki Uilyams

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda Yaponiya - İspaniya matçında ilk hissə başa çatıb. 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri