Dek
2022
11:40
44
13
1356
Virtual karabakh

DÇ-2022: Cənubi amerikalıların afrikalılara qarşı üstünlüyü, serblərin tilsimi qırmaq cəhdi - TƏHLİL

2 Dek, 2022
11:40
1356

DÇ-2022: Cənubi amerikalıların afrikalılara qarşı üstünlüyü, serblərin tilsimi qırmaq cəhdi - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən dünya çempionatında G qrupunun III turunda Kamerunla üz-üzə gələcək Braziliya millisi daha əvvəl altı dəfə bu komandaya rəqib olub.

“Report” xatırladır ki, “sambaçılar” bu oyunların beşində qələbə qazanıb, birində uduzub.

Cənubi amerikalılar daha əvvəl mundiallar tarixində Kamerunla iki dəfə görüşüb. 1/8 finalı təmin edən beşqat dünya çempionu 1994-cü ildə 3:0, 2014-cü ildə 4:1 hesabı ilə qalib gəlib.
Braziliya seçməsi turnirdə Afrika təmsilçiləri ilə yeddi dəfə qarşılaşıb və bunların hamısında rəqiblərini məğlub edib. Bu matçlarda 20 qol vuran yığma qapısında iki top görüb.

Sonuncu dəfə 1990-cı ildə qrupdan çıxmağı bacaran Kamerun millisi çempionatlarda ilk görüşünü Cənubi Amerika təmsilçisinə (1982-ci il: Peru) qarşı keçirib və turnirdəki ilk qələbəsini də məhz bu qitənin komandasından (1990-cı il: Argentina) alıb. Kamerun cənubi amerikalılarla 6 dəfə (2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət) üz-üzə gəlib və bütün məğlubiyyətlərinə də Braziliya qarşısında üzülüb.

G qrupunun maraqla gözlənilən digər qarşılaşmasında Serbiya və İsveçrə yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. 4 il əvvəlki mundialda İsveçrə rəqibini 2:1 hesabı ilə üstələyib. Daha əvvəl qatıldıqları 3 yarışın hər birində qrupun sonuncu matçında yenilən serblər bu görüşdə tilsimi qırmağa çalışacaqlar. 1966-cı ildəki çempionatda üç görüşdə də uduzan İsveçrə ümumilikdə qrup mərhələlərində 4 dəfə (8 qələbə, 5 heç-heçə) məğlubiyyətlə üzləşib. G qrupunda digər üç komandanın da növbəti mərhələ şansları davam edir.

H qrupunda Qana və Uruqvay komandaları növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar. DÇ-2010-da 1/4 final matçı 1:1 hesabı ilə yekunlaşıb, penaltilər seriyasında daha dəqiq olan Cənubi Amerika təmsilçisi mərhələ adlamışdı. Uruqvay yarışda Afrika təmsilçilərinə uduzmayıb - 2 qələbə, 2 heç-heçə. Qana yığması 2006-cı ildən sonra ardıcıl iki mundial görüşündə qələbə qazanmağı və tarixində üçüncü dəfə pley-offa yüksəlməyi hədəfləyəcək. DÇ-2022-də hələ ki, fərqlənə bilməyən Uruqvay kollektivi 1978-ci ildən sonra (Peru: ikinci qrup) qrup mərhələsini qol vurmadan bitirən ilk Cənubi Amerika millisi ola bilər.

Nəhayət, H qrupunda 1/8 finalı təmin edən Portuqaliya seçməsi Cənubi Koreya ilə üz-üzə gələcək. 2002-ci ildə Asiya təmsilçisi ev sahibi olduğu yarışda rəqibinə qalib gələrək qrupdan çıxıb və avropalıları növbəti mərhələdən məhrum etmişdi. 2016-cı ildə Avropa çempionu olan yığma çempionatlarda tarixində asiyalılardan sadəcə bu komandaya (3 qələbə, 1 heç-heçə) yenilib. Cənubi Koreya ümumilikdə (12 məğlubiyyət, 6 heç-heçə) köhnə qitə millilərini beş dəfə məğlubiyyətə uğrada bilib. H qrupunda digər üç komandanın da pley-offa vəsiqə qazanmaq imkanı var.

Qeyd edək ki, Qana - Uruqvay və Cənubi Koreya - Portuqaliya oyunları Bakı vaxtı ilə saat 19:00-da, Kamerun - Braziliya və Serbiya - İsveçrə matçları saat 23:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri