Dek
2022
01:04
138
42
4433
Virtual karabakh

DÇ-2022: İsveçrə millisi 1/8 finalda, Serbiya mundialla vidalaşıb - YENİLƏNİB + VİDEO

3 Dek, 2022
01:04
4433

DÇ-2022: İsveçrə millisi 1/8 finalda, Serbiya mundialla vidalaşıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

G qrupunun III turunda Serbiya yığmasına 3:2 hesabı ilə qalib gələn kollektiv 2-ci yerin sahibi kimi pley-offa adlayıb.

İlk qolu 20-ci dəqiqədə İsveçrə seçməsindən Cerdan Şakiri vurub. 6 dəqiqə sonra Aleksandar Mitroviç tarazlığı bərpa edib. 35-ci dəqiqədə Duşan Vlahoviç serbiyalıları önə keçirib. 44-cü dəqiqədə Brel Embolo hesabı yenidən bərabərləşdirib. Son nöqtəni isə 48-ci dəqiqədə Remo Froyler qoyub.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran İsveçrə millisini 1/8 finalda Portuqaliyaya rəqib olub. 1 xalı olan Serbiya isə qrupunu sonuncu pillədə tamamlayıb.

00:11

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 5-ci qol vurulub.

48-ci dəqiqədə Remo Froyler isveçrəliləri hesabda önə keçirib - 3:2.

00:09

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 2-ci hissə başlayıb.

İlk yarıdan sonra hesab bərabərdir - 2:2.

23:50

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə məhsuldar heç-heçə ilə yollanıblar - 2:2.

23:47

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda hesab bərabərləşib.

44-cü dəqiqədə isveçrəlilərdən Brel Embolo tarazlığı bərpa edib - 2:2.

23:39

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 3-cü qol vurulub.

Duşan Vlahoviç 35-ci dəqiqədə serbiyalıları hesabda önə keçirib - 2:1.

23:29

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 2-ci qol vurulub.

26-cı dəqiqədə fərqlənən Aleksandar Mitroviç görüşdə tarazlığı bərpa edib - 1:1.

23:22

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda hesab açılıb.

20-ci dəqiqədə Cerdan Şakiri isveçrəliləri hesabda önə keçirib - 1:0.

23:02

Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyunu start götürüb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

22:20

Qətərdə keçirilən dünya çempionatının G qrupunun III turunda üz-üzə gələcək Serbiya və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Serbiya: Vanya Milinkoviç-Saviç, Strahinya Pavloviç, Miloş Velikoviç, Nikola Milenkoviç, Filip Kostiç, Saşa Lukiç, Andriya Jivkoviç, Sergey Milinkoviç-Saviç, Aleksandr Mitroviç, Duşan Tadiç, Duşan Vlahoviç

İsveçrə: Qreqor Kobel, Silvan Vidmer, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Bril Embolo, Ruben Varqas

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri