Dek
2022
13:16
414
26
4104
Virtual karabakh

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında irəliləyib

3 Dek, 2022
13:16
4104

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında irəliləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən yaxşı baş məşqçilərinin dekabr üçün ilk reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov siyahının ilk yarısında qərarlaşıb.

Siyahıda yeganə azərbaycanlı olan Qurbanov bir pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1595 xalla 209-cudur.

“Neftçi”nin rumıniyalı çalışdırıcısının mövqeyi dəyişməyib. Regekampf 1627 xalla 177-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncüdür – 2063 xal.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri