3 
Dek
2022
16:16
16
94
4207
yuxarı
DÇ-2022: Son 24 ilin antirekordu qeydə alınıb
3 Dek, 2022
16:16
4207
16
94
DÇ-2022: Son 24 ilin antirekordu qeydə alınıb
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında son 24 ilin antirekordu qeydə alınıb.
“Report”un məlumatına görə, 5 komandanın qrupu məğlubiyyətsiz başa vurması 32 yığmanın iştirakı ilə 8 qrupdan ibarət təşkil olunan formatda ən aşağı göstəricidir.
DÇ-1998 və DÇ-2002-də 12, DÇ-2006-da 11, 2010, 2014 və 2018-ci illərdəki dünya çempionatlarında isə 9 komanda qrupda məğlub olmayıb. Budəfəki mundialda yalnız Niderland, İngiltərə, ABŞ, Mərakeş və Xorvatiya qrupu yenilgi üzü görmədən tamamlayıb.
Qeyd edək ki, qrup mərhələsində Niderland, İngiltərə, Mərakeş 7 xal, ABŞ-la Xorvatiya 5 xal toplayıb. Turnirin 1/8 finalına bu gün keçiriləcək oyunlarla start veriləcək.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
9 
Fev
2023
15:34
Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatı Azərbaycanda da yayımlanacaq
159
7
1060
8 
Fev
2023
19:12
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqasına təyinat alıb
145
14
778