Dek
2022
18:31
36
199
5786
Virtual karabakh

Braziliya millisinə daha bir şok: Komandanın üç əsas oyunçusu növbəti mərhələdə olmayacaq - FOTO

3 Dek, 2022
18:31
5786

Braziliya millisinə daha bir şok: Komandanın üç əsas oyunçusu növbəti mərhələdə olmayacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya millisinin hücumçusu Qabriel Jesus dizindən aldığı zədə səbəbindən komandanın Qətərdə keçiriləcək dünya çempionatında qalan oyunlarını buraxacaq.

Braziliya yığmasının oyunlarını müdafiəçi Aleks Telles də buraxacaq. Hər iki futbolçu qrup mərhələsinin 3-cü turunun Kamerun millisi ilə oyunun ikinci hissəsində (0:1) dəyişdirilib.

Tibb işçilərini sözlərinə görə, onların aldığı travmanın sağalmasına uzun müddət lazımdır.

Yeri gəlmişkən xatırladaq ki, qrup mərhələsinin ilk oyununda zədələnən braziliyalı hücumçu Neymar da növbəti görüşü buraxa bilər.

Bundan əvvəl xəbər yayılmışdı ki, yığmanın üzvləri arasında virus yayıldığı barədə xəbər yayılmışdı.

Qeyd edək ki, Braziliya millisi “G” qrupunda birinci yeri tutub. Yığma dekabrın 5-də 1/8 finalda Cənubi Koreya ilə qarşılaşacaq.

Mənbə: ESPN

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri