Dek
2022
20:54
280
50
5506
Virtual karabakh

DÇ-2022: İlk 1/4 finalçı Niderland oldu - YENİLƏNİB + VİDEO

3 Dek, 2022
20:54
5506

DÇ-2022: İlk 1/4 finalçı Niderland oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən dünya çempionatında ilk 1/4 finalçının adı bəlli olub.

Oxu.Az xəbər verir ki, 1/8 finalda ABŞ ilə qarşılaşan Niderland millisi 3:1 hesablı qələbə ilə adını bu mərhələyə yazdıran ilk komanda olub.

Niderlandın heyətində Depay, Blind və Dyumfirz fərqlənib. ABŞ-nin yeganə qolunu isə Hacı Rayt vurub.

20:42

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüşdə hesab dəyişib. 

Oxu.Az xəbər verir ki, matçın 81-ci dəqiqəsində niderlandlı Denzel Dyumfriz hesabı 3:1-ə çatdırıb. 

20:34

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüşdə hesab dəyişib. 

Oxu.Az xəbər verir ki, matçın 76-cı dəqiqəsində ABŞ-nin futbolçusu Hacı Rayt hesab arasındakı fərqi azaldıb - 2:1. 

20:03

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüşdə ikinci hissə başlayıb. 

Oxu.Az xəbər verir ki, ilk hissəni Niderland 2:0 öndə bitirib. 

19:48

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüşdə hesab dəyişib. 

Oxu.Az xəbər verir ki, matçın 45+1-ci dəqiqəsində Deyli Blind Niderlandın ikinci qolunu vurub. 

İlk hissə 2:0 hesabı ilə başa çatıb. 

19:16

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüşdə hesab açılıb. 

Oxu.Az xəbər verir ki, matçın 10-cu dəqiqəsində Depay Niderlandı önə çıxaran qola imza atıb. 

19:02

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Niderland və ABŞ komandaları arasındakı görüş başlayıb. 

Oxu.Az xəbər verir ki, matç saat 19:00-da start götürüb. 

18:18

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Niderland və ABŞ yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uolker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkeni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri