Dek
2022
21:47
237
15
3590
Virtual karabakh

Xəstəxanaya düşən Pelenin son vəziyyəti açıqlandı - FOTO

3 Dek, 2022
21:47
3590

Xəstəxanaya düşən Pelenin son vəziyyəti açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyalı futbol əfsanəsi Pele bağırsaq xərçəngi ilə mübarizə aparır.

Məlumata görə, kimya terapiyası gözlənilən nəticəni vermədiyi üçün üçqat dünya çempionu hazırda palliativ müalicə alır.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat keçirib.

82 yaşlı idmançı son olaraq noyabrın 29-da Sao Paulodakı xəstəxanaya yerləşdirilib. Dekabrın 2-də Peleyə tənəffüs yolları infeksiyası diaqnozu qoyulduğu məlum oldu.

Onu da bildirək ki, braziliyalıya şəfa arzusu Qətərin hündürlüyü 300m olan “Aspire Tower” göydələni üzərində əks olunub.  Binanın üzərində “Pele, tez sağal!” yazılıb.

Mənbə: sport-express.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri