Dek
2022
00:56
340
70
9252
Virtual karabakh

DÇ-2022: Argentina 1/4 finala yüksələn ikinci komanda oldu - YENİLƏNİB + VİDEO

4 Dek, 2022
00:56
9252

DÇ-2022: Argentina 1/4 finala yüksələn ikinci komanda oldu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb. 

Oxu.Az xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib. 

Cənubi Amerika təmsilçisinin qollarını 35-ci dəqiqədə Lionel Messi, 57-ci dəqiqədə Julian Alvares vurub. 

Avstraliyanın heyətində isə 77-ci dəqiqədə Qudvin fərqlənib.

Komanda 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq.

00:36

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Argentina - Avstraliya matçında hesab növbəti dəfə dəyişib.  

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 77-ci dəqiqəsində Qudvin Avstraliyanın heyətində fərqi azaldan qolu vurub. 

00:17

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Argentina - Avstraliya matçında hesab dəyişib.  

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 57-ci dəqiqəsində Julian Alvarez Argentinanın ikinci qolunu vurub. 

00:06

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Argentina - Avstraliya matçında ikinci hissə başlayıb.  

Oxu.Az xəbər verir ki, ilk yarı Messinin vurduğu qolla Argentinanın üstünlüyü ilə bitib.

23:48

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Argentina - Avstraliya matçında ilk hissə başa çatıb 

Oxu.Az xəbər verir ki, ilk yarı Messinin vurduğu qolla Argentinanın üstünlüyü ilə bitib. 

23:37

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Argentina - Avstraliya matçında hesab açılıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində Lionel Messi Argentinanı hesabda önə çıxarıb. 

23:00

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Argentina - Avstraliya matçı başlayıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşma saat 23:00-da start götürüb.

21:53

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Argentina və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 17. Papu Qomez, 10. Lionel Messi, 9. Julian Alvares

Avstraliya: 1. Metyu Rayan, 19. Harri Suttar, 4. Kay Rouls, 16. Aziz Behiç, 2. Miloş Degenek, 13. Aaron Muy, 22. Cekson İrvin, 26. Keanu Bakus, 7. Mettyu Leki, 15. Mitçell Dyuk, 14. Rayli Makqri

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri