4 
Dek
2022
10:43
235
86
5031
yuxarı
Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib
4 Dek, 2022
10:43
5031
235
86
Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib
Argentina millisinin və Fransanın PSJ komandasının futbolçusu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib.
35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub.
Turnirin tarixi ərzində heç bir futbolçu sözügedən mükafata Messi qədər layiq görülməyib. Təcrübəli forvard "yaşıl qitə" təmsilçisi ilə qarşılaşmada ilk qolun müəllifi olub. Hazırkı dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var.
Qeyd edək ki, Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub. "Narıncılar" 1/8 finalda ABŞ seçməsini mübarizədən kənarlaşdırıb - 3:1.
Mənbə: Sports.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
28 
Yan
2023
18:58
Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək
18
58
486
28 
Yan
2023
10:42
Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub
92
14
530