Dek
2022
20:59
218
266
6245
Virtual karabakh

DÇ-2022: Fransa Polşaya qalib gəlib 1/4 finala çıxdı - YENİLƏNİB + VİDEO

4 Dek, 2022
20:59
6245

DÇ-2022: Fransa Polşaya qalib gəlib 1/4 finala çıxdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa Polşaya qalib gəlib. 

Oxu.Az xəbər verir ki, matçın son anlarında dördüncü qol vurulub.

Belə ki, qarşılaşmanın 90+9-cu dəqiqəsində Levandovski penalti zərbəsi ilə Polşanın heyətində fərqi azaldıb. 

Onun zərbəsini əvvəlcə Fransanın qapıçısı Üqo Lloris tutsa da, hakim bildirib ki, zərbə yenidən təkrarlanmamalıdır. 

Hücumçu ikinci cəhdində şansı əldən verməyib və qolu reallaşdırıb. 

Bu, matçdakı son hadisə olub. Hakim qarşılaşmanı bitirib. 

20:48

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa - Polşa matçında üçüncü qol vurulub.

Oxu.Az xəbər verir ki, matçın 90-cı dəqiqəsində Kilian Mbappe özünün ikinci, Fransanın üçüncü qoluna imza atıb. 

20:32

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa - Polşa matçında ikinci qol vurulub.

Oxu.Az xəbər verir ki, matçın 74-cü dəqiqəsində Fransanın heyətində Kilian Mbappe fərqi artırıb. 

20:03

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa - Polşa matçında ikinci hissə başlayıb. 

Oxu.Az xəbər verir ki, ilk hissə Fransanın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

19:48

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa - Polşa matçında ilk hissə başa çatıb. 

Oxu.Az xəbər verir ki, ilk hissə Fransanın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. 

19:45

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa - Polşa matçında hesab açılıb. 

Oxu.Az xəbər verir ki, matçın 44-cü dəqiqəsində Fransanın heyətində Olivye Jiru hesabı açıb. 

19:00

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa - Polşa matçı başlayıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşma saat 19:00-da start götürüb.

19:00

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Fransa və Polşa yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, komandalar matça aşağıdakı "11-lik"lərlə başlayacaqlar:

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kamil Qlik, Metti Keş, Pşemıslav Frankovski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Pyotr Zelinski, Sebastian Şimanski, Yakub Kaminski

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri