Dek
2022
11:25
53
191
8214
Virtual karabakh

Sterlinqin İngiltərə millisinin düşərgəsini tərk etməsinin səbəbi bəlli oldu - YENİLƏNİB

5 Dek, 2022
11:25
8214

Sterlinqin İngiltərə millisinin düşərgəsini tərk etməsinin səbəbi bəlli oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 4-də Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İngiltərə Seneqalı 3:0 hesabı ilə məğlub edib.

“Çelsi” klubunun 27 yaşlı futbolçusu Rəhim Sterlinq şəxsi problemlərinə görə komandasına kömək edə bilməyib.

Məlumata görə, Qətərdə keçirilən dünya çempionatında millinin düşərgəsində olan yarımmüdafiəçinin Londondakı evi qarət edilib.

Ailəsinin təhlükəsizliyindən narahatlıq keçirilən futbolçu xəbəri eşidən kimi vətəninə yollanıb.

Qeyd olunur ki, futbolçu yalnız yaxınlarının təhlükəsizliyi ilə bağlı məsələnin həllinə tam əmin olandan sonra millisinə kömək etmək üçün Qətərə qayıdacaq.

Xatırladaq ki, İngiltərə yığması dünya çempionatının 1/4 final mərhələsində Fransa yığması ilə qarşılaşacaq.

22:32

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Seneqalla qarşılaşacaq İngiltərə millisinin heyətində problem yaranıb.

Belə ki, yarımmüdafiəçi Rahim Sterlinq millinin düşərgəsini tərk edib.

Bununla bağlı məşhur insayder Fabrizio Romano xəbər paylaşıb.

İtaliyalı jurnalist bildirib ki, “Çelsi”nin oyunçusu ailə məsələləri ilə bağlı millinin düşərgəsindən ayrılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri