12 
Mar
2015
13:13
183
9
3540
Virtual karabakh

Erməni güləşçilər Bakıya gəlməkdən qorxurlar

12 Mar, 2015
13:13
3540

Erməni güləşçilər Bakıya gəlməkdən qorxurlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2007-ci ildə erməni güləşçilərinin olduğu avtobusa Türkiyə bayrağını asmışdılar...”.

Yunan-Roma üslubunda çıxış edən erməni güləşçi, 2014-cü ilin Dünya çempionu Arsen Culfalakyan bəyan edib ki, Ermənistan Milli Olimpiya Komitəsinin Bakıda keçiriləcək 2015-ci il Avropa Oyunlarında iştiraka rəsmi razılıq verməsinə baxmayaraq, əsas məsələ idmançılardan kimin Azərbaycana getməsindən ibarətdir.

Oxu.Az Azadlıq radiosunun erməni bürosuna istinadən xəbər verir ki, qərarı idmançılar qəbul edəcəklər və bu arada hələlik heç kim Bakıya getmək istəmir.

“Mən konkret olaraq öz yığmamızın adından danışa bilərəm, iki gün ardıcıl olaraq yığmada sorğu keçirdik, idmançıların 100%-i orada idi və onlardan heç biri bu oyunlarda iştirak etmək istəmədiklərini bildiriblər”, - deyə, Culfalakyan bəyan edib.  

2007-ci ildə Bakıda Dünya çempionatında iştirak etmiş Culfalakyan deyir ki, erməni idmançıların Azərbaycanda çıxış etməsinin nə demək olduğunu gözəl bilir: təhlükəsizlik təmin ediləcək, lakin bərabər şərtlər olmayacaq.  

“Bərabər şərtlər haqqında nə desələr də, sözdə bu bir iş, əməldə isə başqa işdir. Mən təkcə belə düşünmürəm, çünki 2007-ci ildə bütün bunları öz gözümlə görmüşəm. Qəbul zamanı bizi gizli şəkildə götürdülər və əyləşdiyimiz avtobusa Türkiyə bayrağı asdılar, avtobusa heç bir hücumun olmaması üçün belə edildiyini söylədilər. Hər şey onunla bitir ki, bizi mehmanxanaya gətirdilər və həmin yer 2-3 kilometr radiusda mühasirəyə alınmışdı ki, heç bir maşın yaxınlaşa bilməsin. Sahildə hər yerdə polis dayanmışdı, hər 15 metrdən bir tam silahlanmış əsgər dayanmışdı.

Soruşanda ki, əsgərlər nə üçündür dedilər dənizdən hücum olmasın deyə. Təsəvvür edin, bu o deməkdir ki, təhlükə var. Belə atmosferdə isə hazırlaşmaq, qələbəyə köklənmək çox çətindir... Bu nə qədər idmana uyğundur, bu nə qədər siyasətdən uzaqdır?...”, - deyə, Arsen Culfalakyan bildirib.  

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri