Dek
2022
00:56
300
47
8054
Virtual karabakh

DÇ-2022: Braziliya millisi 1/4 finalda Xorvatiyaya rəqib olub - YENİLƏNİB + VİDEO

6 Dek, 2022
00:56
8054

DÇ-2022: Braziliya millisi 1/4 finalda Xorvatiyaya rəqib olub - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

"Sambaçılar" 1/8 finalda Cənubi Koreya yığmasına qalib gəliblər - 4:1.

Hesabı 7-ci dəqiqədə "pentakampeonlar"dan Vinisius Junior açıb. 6 dəqiqə sonra Neymar 2-ci topu rəqibin qapısından keçirib. 29-cu dəqiqədə Rişarlison baxımlı hücumu məntiqi sonluqla tamamlayıb. 36-cı dəqiqədə Lukas Paketa asiyalıları 4-cü dəfə meydanın mərkəzinə dəvət edib. Cənubi Koreyanın təsəlli qoluna isə 76-cı dəqiqədə Payk Senq Ho imza atıb.

Bu nəticə ilə Braziliya seçməsi növbəti mərhələdə Xorvatiyaya rəqib olub.

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

00:39

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 5-ci qol vurulub.

75-ci dəqiqədə Asiya təmsilçisi hesab arasındakı fərqi azaldıb. Payk Senq Ho adını tabloya yazdırıb - 4:1.

00:05

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 2-ci hissə başlayıb.

İlk yarıdan sonra "sambaçılar" hesabda öndədir - 4:0.

23:51

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda ilk hissə başa çatıb.

Cənubi Amerika təmsilçisi fasiləyə böyük hesablı üstünlüklə yollanıb - 4:0

23:39

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 4-cü qol vurulub.

"Sambaçılar"ın yarımmüdafiəçisi Lukas Paketa 36-cı dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib - 4:0.

23:31

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda hesab dəyişib.

Cənubi Amerika millisi 3-cü qolu rəqibin qapısından keçirib. 29-cu dəqiqəqədə Rişarlison fərqlənib - 3:0.

23:14

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 2-ci qol vurulub.

12-ci dəqiqədə penaltidən fərqlənən Neymar "sambaçılar"ın üstünlüyünü artırıb.

23:10

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda erkən qol vurulub.

7-ci dəqiqədə Vinisius Junior Cənubi Amerika təmsilçisini hesabda önə keçirib.

23:01

Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

22:06

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Braziliya və Cənub Koreya yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 10. Ci Sun-Li, 7. Son Xın Min, 9. Sun Kyu Ço, 11. Hi Çan-Hvan

Qeyd edək ki, qarşılaşma saat 23:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri