Dek
2022
10:44
92
19
2296
Virtual karabakh

Braziliyaya məğlub olan komandanın məşqçisi istefa verdi

6 Dek, 2022
10:44
2296

Braziliyaya məğlub olan komandanın məşqçisi istefa verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Braziliya millisinə 4:1 hesabı ilə məğlub olan Cənubi Koreya millisinin portuqaliyalı baş məşqçisi Paulu Bentu istefa verib.

O, bu barədə oyundan sonra jurnalistin sualına cavab verərkən açıqlayıb.

“Mən bunu indicə futbolçulara və Cənubi Koreyanın Futbol Federasiyasının prezidentinə bildirdim. Bu qərar hələ sentyabr ayında qəbul edilib. Oyunçulara etdiklərinə görə təşəkkürümü bildirirəm. Onlar bacardıqlarını etdilər və mən onların məşqçisi olduğum üçün şadam, bu uşaqlarla fəxr edirəm”, - deyə portuqaliyalı futbol mütəxəssisi bildirib.

Məlumat üçün qeyd edək ki, Paulu Bentu 2018-ci ildən Cənubi Koreya komandasında işləyib.

Mənbə: Sky Sports

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri