Dek
2022
12:28
69
7
1983
Virtual karabakh

DÇ-2022: Luis Enrikenin afrikalılara qarşı uğursuzluğu, Portuqaliyanın 16 illik həsrəti - TƏHLİL + FOTO

6 Dek, 2022
12:28
1983

DÇ-2022: Luis Enrikenin afrikalılara qarşı uğursuzluğu, Portuqaliyanın 16 illik həsrəti - TƏHLİL + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Mərakeş və İspaniya yığmaları daha əvvəl mundiallar tarixində bir dəfə rəqib olublar.

“Report” xatırladır ki, 2018-ci ildəki qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Avropa təmsilçisi bu komanda ilə üç dəfə (iki qələbə, bir heç-heçə) görüşüb və yenilməyib. İspanlar son olaraq kubokunu qazandıqları DÇ-2010-da 1/8 final mərhələsini adlaya biliblər. Yığma ötən yarışda ev sahibi Rusiya millisinə penaltilərdə məğlub olmuşdu.

Turnir tarixində ikinci dəfə pley-offda iştirak edən Mərakeş 1986-cı ildə Almaniyaya 0:1 hesabı ilə uduzub. İlk dəfə bu raundda Afrika təmsilçisinə rəqib olan “buğalar” daha əvvəl qruplardakı beş oyunun (üç qələbə, bir heç-heçə) birində məyus olublar. DÇ-2010-un qalibləri 1998-ci ildə Nigeriya ilə dueldən məğlub ayrılıblar. Komandanın hazırkı baş məşqçisi Luis Enrike həmin matça start heyətdə başlamışdı. Mundiallarda əvvəlki dörd görüşündə yenilməyən (iki qələbə, iki heç-heçə) Mərakeş yığması Kamerundan (5 oyun; 1982-1990) sonra beş qarşılaşmada uduzmayan ikinci Afrika millisi olmağı hədəfləyir.

1/8 final mərhələsinə Portuqaliya-İsveçrə oyunu ilə yekun vurulacaq. Tərəflər cari ildə artıq üçüncü dəfə üz-üzə gələcəklər. UEFA Millətlər Liqasında pireneylilər 4:0, isveçrəlilər 1:0 hesablı qələbə qazanıblar. Komandalar 2000-ci ildən sonra altı dəfə görüşüblər və hərəyə üç qalibiyyət əldə ediblər. Millilər böyük turnirlərdə isə sadəcə bir dəfə qarşılaşıblar. 2008-ci ildəki Avropa çempionatında İsveçrə seçməsi sevinən tərəf olub - 2:0. Portuqaliya yığması mundiallarda üçüncü dəfə (1966 və 2006) 1/4 finala çıxmağı hədəfləyir. 2010-cu ildə 1/8 finalda İspaniyaya, 2018-ci ildə Uruqvaya məğlub olan portuqaliyalılar 2014-cü ildəki yarışda qrup mərhələsini adlaya bilməmişdilər. DÇ-2022-də üç matçın ikisində qalib gələn İsveçrə kollektivi ilk dəfə qələbə sayını üçə çatdırmağı planlaşdırır.

Qeyd edək ki, Mərakeş-İspaniya oyunu Bakı vaxtı ilə saat 19:00-da, Portuqaliya-İsveçrə qarşılaşması isə saat 23:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri