Dek
2022
22:56
55
275
6156
Virtual karabakh

Eto'O vurduğu azarkeşdən üzr istədi – YENİLƏNİB + FOTO/VİDEO

6 Dek, 2022
22:56
6156

Eto'O vurduğu azarkeşdən üzr istədi – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kamerun Futbol Federasiyasının rəhbəri Samuel Eto Qətərdə keçirilən dünya çempionatında baş tutan oyundan sonra yaşanan hadisəyə görə azarkeşdən üzr istəyib.

Onun bəyanatı çərşənbə axşamı “Instagram” hesabında dərc olunub.

“Dekabrın 5-də Braziliya - Cənubi Koreya matçından sonra, ehtimal ki, əlcəzairli azarkeş olan bir şəxslə mübahisə etdim. Özümü itirdiyimə və xarakterimə uyğun olmayan reaksiya verdiyimə görə üzr istəyirəm. Bu xoşagəlməz hadisəyə görə ictimaiyyətdən üzr istəyirəm”, - Eto'O yazıb.

Kamerun federasiyasının rəhbəri əlavə edib ki, bu hadisə martda Kamerun və Əlcəzair (2:1) arasında keçirilən dünya çempionatında oynamaq hüququ uğrunda pley-off cavab oyunu ilə bağlıdır.

“Eyni zamanda, söz verirəm ki, bəzi əlcəzairli azarkeşlərin amansız təxribatlarına və təqiblərinə müqavimət göstərməyi davam etdirəcəyəm. Həqiqətən də 29 martda Kamerun - Əlcəzair oyunundan sonra heç bir sübut olmadan təhqirlərə və saxtakarlıqla bağlı ittihamlara məruz qaldım. Qətərdə keçirilən bu dünya çempionatı zamanı, kamerunlu azarkeşlər eyni məsələ ilə bağlı əlcəzairlilər tərəfindən sıxışdırılıb. Əlcəzair Futbol Federasiyası tərəfindən səlahiyyətli orqanlara edilən bütün müraciətlər rədd edilib. Əlcəzair rəhbərliyini və Futbol Federasiyasını bu qeyri-sağlam vəziyyətə son qoymağa çağırıram”, - futbolçu qeyd edib.

Xatırladaq ki, Kamerun millisi cari dünya çempionatının qrup mərhələsindən sonra mübarizəni başa vurub.

14:18

“Barselona”, “İnter” və Kamerun yığmasının keçmiş forvardı Samuel Eto'O Qətər stadionlarından birinin yaxınlığında azarkeşi vurub.

Hadisə Braziliya və Cənubi Koreya komandaları arasında 1/8 final oyunundan (4:1) sonra baş verib. Eto'O jurnalist olduğu ehtimal edilən fanatlardan birinin üzündən dizi ilə vurub.

Qeyd edək ki, Kamerun yığmasında 118 oyunda 56 qol vuran Eto'O hazırda ölkəsinin futbol federasiyasının prezidentidir. O, turnir başlamazdan əvvəl milli komandasının 2022-ci il dünya çempionatının qalibi olacağına söz vermişdi. Ancaq Kamerun mundialın pley-off mərhələsinə adlaya bilməyib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri