12 
Mar
2015
17:28
12
202
4731
Virtual karabakh

Ermənistan MOK: Biz Bakıya bayrağımızı qaldırmağa gedirik

12 Mar, 2015
17:28
4731

Ermənistan MOK: Biz Bakıya bayrağımızı qaldırmağa gedirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əlbəttə bizə Bakıya getmək xoş deyil, amma...”.

Ermənistan MOK-un Bakıda keçiriləcək Avropa oyunlarında iştirakı barədə qərarının ölkədə müzakirəsi davam edir.  

Oxu.Az Azadlıq radiosuna istinadən xəbər verir ki, Ermənistan MOK-un baş katibi Qarçya Rostomyanın dediyinə görə, MOK icra komitəsində heç kim əleyhinə səs verməməyinə baxmayaraq, qərara qədər qızğın müzakirə gedib. Başlıca məsələ isə təhlükəsizlik deyil, ədalətli hakimlik olub. Rostomyan qeyd edib ki, təhlükəsizlik zəmanətindən başqa Beynəlxalq və Avropa Olimpiya komitələrinin prezidentləri obyektivliyin təmin olunacağını bəyan ediblər.

“Hər şeyin maksimal dərəcədə obyektiv olacağı barədə həm şifahi, həm də yazılı bəyanatlar verilib”, - Ermənistan MOK-un baş katibi bildirib.

Onun sözlərinə görə, onlar dərk edirlər ki, Bakıda çox çətin olacaq, amma Birinci Avropa Oyunlarında iştirak etməmək daha böyük itki deməkdir, nəinki, iştirak etmək.

“Bizim cəmiyyətdə bu oyunların Bakıya aid olması barədə fikir mövcuddur. Onlar sadəcə Bakıda keçirilir. Əlbəttə, bizə Bakıya getmək xoş deyil, amma idman nüfuzu və dövlətin nüfuzu bizim üçün mühümdür, və biz idmançılar onu yüksək tutmağa hazırıq... Ermənistan Respublikası Ermənistan MOK-un və idmançıların simasında olimpiya ideyaları üçün böyük addım atır, bura dostluq və tolerantlıq daxildir”, - Qraçya Rostomyan bəyan edib.

Onun sözlərinə görə, erməni idmançılar Ermənistan bayrağını qaldırmaq üçün Bakıya yollanacaqlar. “Şüar “Əsas qələbə deyil, iştirak etməkdir” bu dəfə işləməyəcək. Biz yüksək nəticələr əldə etməyə və Azərbaycanın paytaxtı Bakıda bayrağımızı qaldırmağa gedirik”, - Ermənistanın MOK katibi bildirib.

Xatırladaq ki, Ermənistan altı idman növündə təmsil ediləcək. Bununla yanaşı idmançıların özləri Bakıda çıxış etmək üçün istəklərini bildirmirlər.

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri