Dek
2022
17:18
149
23
3420
Virtual karabakh

İspaniya millisinin yeni baş məşqçisinin adı açıqlandı - YENİLƏNİB + VİDEO

8 Dek, 2022
17:18
3420

İspaniya millisinin yeni baş məşqçisinin adı açıqlandı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya millisini çalışdıracaq yeni baş məşqçinin adı açıqlanıb.

Bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Luis de la Fuente İspaniya millisinin yeni baş məşqçisi təyin edilib.

Qeyd edək ki, Luis de la Fuente bundan əvvəl İspaniyanın U-21 millisini çalışdırıb.

16:22

İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis Enrike ilə yolları ayırıb.

Bu barədə İspaniya Futbol Federasiyasının saytında məlumat dərc edilib.

Məlumatda həmçinin qeyd olunur ki, Luis Enrikedən başqa məşqçilər korpusunda yer alan digər məşqçilərin də fəaliyyətinə xitam verilib.

Qeyd edək ki, Luis Enrike 2019-cu ildən İspaniya millisini çalışdırırdı.

Onun rəhbərliyi altında komanda Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Mərakeşə penaltilər seriyasında uduzaraq turniri tərk edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri