Dek
2022
15:36
115
98
3399
Virtual karabakh

Fred: “Messinin göz yaşlarını görmək istəyirəm” - FOTO

9 Dek, 2022
15:36
3399

Fred: “Messinin göz yaşlarını görmək istəyirəm” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən Braziliya-Argentina yarımfinalına baxmağı arzulayıram. Neymarın oyununu, təlaşını, çaşqınlığını və Messinin göz yaşlarını görmək istəyirəm”.

Bunu Braziliya millisinin üzvü, “Mançester Yunayted”in yarımmüdafiəçisi Fred 2022-ci il futbol üzrə dünya çempionatının yarımfinalı ilə bağlı arzularını dilə gətirərkən bildirib. O istəyir ki, yarımfinalda Braziliya və Argentina üz-üzə gəlsinlər.

Xatırladaq ki, Braziliya və Argentina milliləri Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıblar. Braziliyalılar Xorvatiya, argentinalılar Niderlandla oynayacaqlar. Hər iki qarşılaşma bu gün, dekabrın 9-da baş tutacaq. Argentina və Niderland yığmaları arasında keçiriləcək görüşün startı Bakı vaxtı ilə saat 19:00-a planlaşdırılıb. Braziliya-Xorvatiya oyununda start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Cənubi Amerika komandaları bu görüşlərdə qalib gəlsələr, turnirin yarımfinalında bir-biriləri ilə qarşılaşacaqlar.

Mənbə: Sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri