Dek
2022
23:50
251
39
3098
Virtual karabakh

Tite Braziliya millisinin baş məşqçisi postunu tərk etdi

9 Dek, 2022
23:50
3098

Tite Braziliya millisinin baş məşqçisi postunu tərk etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya yığmasının baş məşqçisi Tite DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzduqdan sonra istefa verdiyini açıqlayıb.

“Dediyim kimi, mənim dövrüm bitdi. Mən bunu bir il yarım əvvəl demişəm. Mən sözümün ağasıyam”, - o, oyunsonrası mətbuat konfransında deyib.

Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Xorvatiya millisinin futbolçuları daha dəqiq olublar - 4:2.

Qeyd edək ki, 61 yaşlı mütəxəssis 2016-cı ildən Braziliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2019-cu ildə Amerika Kubokunun qalibi olub.

Mənbə: matchtv.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri