13 
Dek
2022
12:44
168
12
2541
Virtual karabakh

DÇ-2022: Yarımfinalda uduzmayan Argentina, Xorvatiyanın ardıcıl ikinci final cəhdi

13 Dek, 2022
12:44
2541

DÇ-2022: Yarımfinalda uduzmayan Argentina, Xorvatiyanın ardıcıl ikinci final cəhdi

Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində üz-üzə gələcək Argentina və Xorvatiya milliləri mundiallar tarixində iki dəfə bir-birilərinə rəqib olublar.

“Report”un məlumatına görə, 1998-ci ildə “tanqoçular” 1:0, 2018-ci ildə avropalılar üç cavabsız qolla qalib gəliblər.

Altıncı dəfə finala çıxmağı hədəfləyən cənubi amerikalılar daha əvvəl iştirak etdiyi beş yarımfinal oyununda sevinən tərəf olublar. Argentina DÇ-2014-də Niderlanda qalib gələrək finala yüksəlmişdi. İkiqat dünya çempionu turnirdə köhnə qitə təmsilçilərinə qarşı son yeddi matçın (3 məğlubiyyət, 3 heç-heçə) sadəcə birində qalib gəlib. DÇ-2022-nin qrup mərhələsində Polşanı iki cavabsız qolla üstələyən yığma bərabərliklə başa çatan üç görüşün ikisində penaltilər seriyasında mərhələ keçib.

2018-ci ildə Rusiyadakı yarışın finalçısı olan xorvatlar ardıcıl iki dəfə bunu bacaran dördüncü Avropa komandası (İtaliya – 1934-1938, Niderland – 1974-1978, Almaniya – 1982-1986-1990) olmağı hədəfləyir. 1/4 finalda Braziliya yığmasını mübarizədən kənarlaşdıran “damalılar” bir mundialda həm Argentinaya, həm də “sambaçılar”a qalib gələn ikinci milli ola bilər. Yalnız 2014-cü ildə turnirin qalibi Almaniya seçməsi bunu bacarıb.

Bu qarşılaşma argentinalı Lionel Messi və xorvatiyalı Luka Modriç üçün də əlamətdar ola bilər. Messi matça start heyətdə başlasa, tarixə düşəcək və dünya çempionatları tarixində ən çox oyuna çıxmış almaniyalı Lotar Matteusa (25) çatacaq. DÇ-2022-nin əvvəlki beş görüşündə “ilk 11-lik”də yer alan Modriç 37 yaşından sonra ardıcıl 6-cı dəfə buna müvəffəq olan dördüncü (Nilton Santos, Dino Zoff və Peter Şilton) futbolçu olacaq.

Qeyd edək ki, Argentina - Xorvatiya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri