28 
Dek
2022
15:18
28
33
1830
Virtual karabakh

AFFA qalmaqallı oyunla bağlı qərarlarını AÇIQLADI

28 Dek, 2022
15:18
1830

AFFA qalmaqallı oyunla bağlı qərarlarını AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsi “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb.

Oxu.Az xəbər verir ki, komitənin bu gün keçirilən iclasında Premyer Liqanın XVIII turunda baş tutan “Zirə” – “Kəpəz” matçında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

Gəncə klubunun oyunçularından Elçin Əlicanov və Giorgi Kantariya görüş zamanı, Mixeil Erqemlidze isə qarşılaşmadan sonra qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.

İntizam Komitəsi, həmçinin, bölgə təmsilçisini 6200 manat məbləğində cərimələyib. Bu cərimənin 4800 manatı bir görüşdə 3 qırmızı vərəqə olduğu üçün kəsilib.

“Zirə”dən isə Coşqun Diniyevlə Nemanya Ancelkoviç qırmızı vərəqə aldıqları üçün 2023-cü ilin ilk oyununu buraxmalı olacaqlar. Ancelkoviçdən fərqli olaraq, Diniyevin cəzası 2 matçı əhatə edəcək. Eyni zamanda, bakılılar 2600 manat məbləğində cərimə ödəməli olacaqlar.

Qeyd edək ki, “Zirə” – “Kəpəz” oyunu 2:2 hesabı ilə başa çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri