Yan
2023
14:32
33
206
2349
Virtual karabakh

İranda tanınmış futbolçular tutulub

1 Yan, 2023
14:32
2349

İranda tanınmış futbolçular tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda yüksək liqada çıxış edən Tehranın tanınmış futbol komandalarından birinin bir neçə indiki və keçmiş oyunçusu Dəmavənd şəhərində qonaqlıq zamanı tutulublar.

Məlumata görə, onlar qonşuların şikayətindən sonra polis tərəfindən saxlanılıblar. Bildirilib ki, futbolçuların bəziləri alkoqollu içki qəbul etdiyinə görə sərxoş halda olub.

Qeyd edək ki, həbs olunan bu şəxslərin bəziləri İranda keçirilən etiraz aksiyalarına görə motivasiyanın olmadığını söyləsələr də, futboldan danışdıqlarını iddia ediblər. Onların adlarını açıqlanmayıb.

Xatırladaq ki, İranda idmançılar arasında aksiyaları dəstəkləyənlər az deyil. İran yığma komandasının keçmiş üzvü, tanınmış futbolçu Əli Daei etirazlara laqeyd qalmayaraq sosial səhifəsindən paylaşım etmişdi. Ötən həftə onu ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə uçan təyyarədən düşürüblər. Tehran hakimiyyəti onun və ailəsinin İrandan çıxmasına qadağa qoyub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri