Yan
2023
17:50
20
196
4032
Virtual karabakh

Dünyanın ən titullu futbolçusu cinsi zorakılıqda ittiham olunur

1 Yan, 2023
17:50
4032

Dünyanın ən titullu futbolçusu cinsi zorakılıqda ittiham olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının üçqat qalibi Dani Alves cinsi təcavüzdə günahlandırılıb.

Məlumata görə, insident Barselonadakı gecə klublarından birində baş verib.

Qadın Alvesin ona toxunduğunu bildirib. Futbolçunun yaxınları zorakılıq faktlarını təkzib edirlər.

Kataloniya polisi gecə klubunda iddia edilən zorakılıq aktı xəbərindən sonra araşdırmaya başlayıb. Qadın Barselonadakı xəstəxanada tibbi müayinədən keçib və polis ondan ifadə alıb.

39 yaşlı Alves 2022-ci ilin iyulundan Meksikanın “Pumas” klubunda çıxış edir. Müdafiəçi 43 kubokla tarixin ən titullu futbolçusudur. Alves altıqat İspaniya çempionu, ikiqat Fransa çempionu, İtaliya çempionu, üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA kubokunun, üç dəfə UEFA Superkubokunun qalibi olub. Braziliya millisinin tərkibində iki dəfə Konfederasiyalar Kubokunu (2009, 2013) və Amerika Kubokunu (2007, 2019) qazanıb, eyni zamanda Olimpiya çempionu olub.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri