Yan
2023
23:09
146
34
3039
Virtual karabakh

İPL: “Tottenhem” uduzdu, “Çelsi” xal itirdi – YENİLƏNİB + VİDEO

1 Yan, 2023
23:09
3039

İPL: “Tottenhem” uduzdu, “Çelsi” xal itirdi – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının XVIII turunda günün son matçı Nottingemdə oynanılıb.

Oxu.Az xəbər verir ki, “Nottingem Forest” “Çelsi”ni qəbul edib.

Oyunda hesabı “zadəganlar” açıb. Sterlinq 16-cı dəqiqədə fərqlənib.

Aurier 63-cü dəqiqədə status-kvonu bərpa edib. Bu, matçda vurulan son qol olub.

Bu nəticə ilə xallarının sayını 25-ə çatdıran “Çelsi” 8-ci pilləyə yüksəlib. 14-cü xalını qazanan “Nottingem Forest” isə 18-ci sırada qalıb.

20:08

İngiltərə Premyer Liqasının (İPL) XVIII turunun daha bir matçı Londonda baş tutub.

Oxu.Az xəbər verir ki, “Tottenhem” öz meydanında “Aston Villa” ilə üz-üzə gəlib.

Oyunun ilk hissəsində ol olmayıb. İkinci hissədə iki qol vuran “çəkicdöyənlər” yekunda səfərdən 3 xalla dönüblər.

Qolları 50-ci dəqiqədə Buendia, 73-cü dəqiqədə isə Duqlas Luiz vurub.

Bu nəticə ilə xallarının sayını 21-ə yüksəldən “Aston Villa” 12-ci pillədəki yerini qoruyub, “Tottenhem” isə 30 xalla 5-ci sırada qalıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri