Yan
2023
01:40
113
63
2773
Virtual karabakh

Səudiyyə klubu Messinin formasını satır

3 Yan, 2023
01:40
2773

Səudiyyə klubu Messinin formasını satır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun Kriştianu Ronaldunu transfer etməsindən sonra ölkənin digər komandası “Əl-Hilal” üzərində Messinin adı olan köynəklərin satışına başlayıb.

Məlumdur ki, “Əl-Nəsr” və “Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatında barışmaz rəqibdirlər. Onlardan ikisi də yarışda 27 dəfə qalib gəliblər.

Komandalardan birinin Ronaldonu alması təbii ki, digərinin pərəstişkarları arasında analoji tələb yaradıb.

Və beləliklə, “Əl-Hilal” rəhbərliyi özünəməxsus addıma qərar verib. Klubun fan-şopunda Messi adı ilə 10 nömrəli oyun formaları peyda olub.

Bir sıra müstəqil insayderlər və hətta nüfuzlu ərəb nəşrləri Messinin köynəklərinin satışının sadəcə PR kampaniyası deyil, argentinalı ilə müqavilə imzalamaq üçün real strategiyanın bir hissəsi olduğunu bildirirlər.

Mənbə: vesti.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri