Yan
2023
01:53
190
41
4039
Virtual karabakh

A Seriyasında növbəti tur: “Napoli” ilk məğlubiyyətini “İnter”dən aldı – YENİLƏNİB + VİDEO

5 Yan, 2023
01:53
4039

A Seriyasında növbəti tur: “Napoli” ilk məğlubiyyətini “İnter”dən aldı – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya A seriyasında XVI tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun son iki oyununda “İnter” “Napoli”ni, “Udineze” isə “Empoli”ni qəbil edib.

Milandakı mərkəzi görüşdə qalib ev sahibləri olublar. Edin Cekonun yeganə qolu “İnter”ə qələbə qazandırıb.

Bu, “Napoli”nin mövsümdəki ilk məğlubiyyəti olub.

Undinedə isə qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran tərəflər yekunda bir xala razı olublar.

23:34

İtaliya A seriyasının XVI turunda daha iki görüş keçirilib.

Oxu.Az xəbər verir ki, “Yuventus” “Kremonese” səfərində son dəqiqə qolu ilə qələbə qazanıb.

Arkadiuş Milik 90+1-ci dəqiqədə cərimə zərbəsindən fərqlənib.

“Fiorentina” isə öz meydanında “Monza” ilə bacarmayıb.

Kabral 19-cu dəqiqədə florensiyalıları hesabda önə çıxarsa da, Karlos Avqusto 61-ci dəqiqədə status-kvonu bərpa edib – 1:1.

21:54

İtaliya A seriyasının XVI turunda daha iki matç keçirilib.

Oxu.Az xəbər verir ki, Romada keçirilən matçda eyniadlı komanda “Bolonya”ya qalib gəlib.

Lorenzo Pelleqrininin vurduğu qol oyunda yeganə olub – 1:0.

“Latsio” isə səfərdə “Leççe”yə uduzub – 1:2.

Çiro İmmobile 14-cü dəqiqədə hesabı açsa da, 57-ci dəqiqədə Strefezza, 71-ci dəqiqədə isə Kolombo “Leççe”nin qollarını vuraraq komandalarına qələbə qazandırıblar.

“Atalanta” səfərdə “Spezia”, “Torino” isə evdə “Verona” ilə bərabərliyə razılaşıb.

Birinci oyunda 2:2, ikinci matçda isə 1:1 hesablı nəticələr qeydə alınıb.

17:48

İtaliya A Seriyasının 16-cı turunda “Milan” səfərdə “Salernitana”nın qonağı olub.

Qarşılaşmaya qonaqlar fəal başlayıblar. Artıq 10-cu dəqiqədə R.Leao topu meydan sahiblərinin qapısından keçirib. 15-ci dəqiqədə S.Tonali hesab arasındakı fərqi iki topa çatdırıb.

Oyunun 83-cü dəqiqəsində “Salernitana” qollardan birinin əvəzini çıxıb. F.Bonazzoli topu “Milanın qapısından keçirib.

Qələbə ilə xallarının sayını 36-ya yüksəldən “Milan” ikinci pillədəki mövqeyini gücləndirib. “Salernitana” isə 17 xalla 13-cü pillədə qərarlaşıb.

A Seriyasında turun digər oyununda “Sassuolo” doğma meydanda “Sampdoriya”nı qonaq edib.

Bu qarşılaşma da 1:2 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb. 25-ci dəqiqədə M.Qabbiadini və 28-ci dəqiqədə T.Augellonun qollarına meydan sahibləri 64-cü dəqiqədə D.Berardinin dəqiq penalti zərbəsi ilə cavab veriblər.

Qələbə sayəsində “Sampdoriya” turnir cədvəlində bir pillə irəliləyərək 18-ci pilləyə yüksəlib. “Sassuolo” isə 16 xalla 15-ci pillədə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri