Yan
2023
19:44
168
50
3037
Virtual karabakh

Qaret Beyl karyerasını başa vurduğunu açıqladı - FOTO

9 Yan, 2023
19:44
3037

Qaret Beyl karyerasını başa vurduğunu açıqladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uels millisinin hücumçusu Qaret Beyl futbolu tərk etdiyini açıqlayıb.

O, bu barədə bazar ertəsi “Insagram” səhifəsində yazıb.

“Diqqətlə düşündükdən sonra, klub futbolunda və beynəlxalq səviyyədə təqaüdə çıxdığımı elan edirəm. Ən sevdiyim idman növü ilə məşğul olmaq arzusuna çatdığım üçün inanılmaz dərəcədə şanslıyam”, – Beyl yazıb.

Qeyd edək ki, Qaret Beyl karyerası ərzində İngiltərənin “Sauthempton” və “Tottenhem”, həmçinin İspaniyanın “Real Madrid” komandalarının da şərəfini qoruyub. O, “kral klubu” ilə 3 dəfə La Liqa çempionu olub, bir dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. Həmçinin 5 dəfə UEFA Çempionlar Liqasında qələbə sevinci yaşayıb.

Bundan əlavə, Beylin UEFA Super Kubokunda iki qələbəsi və dörd klublararası dünya çempionluğu titulu var.

Uels yığmasında 109 oyuna çıxan vinger 41 qol vurub.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri