10 
Yan
2023
13:20
163
20
1799
Virtual karabakh

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat aldı

10 Yan, 2023
13:20
1799

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova avrokuboklara təyinat alıb.

AVF-dən verilən məlumata görə, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü qadın voleybolçular arasında Çempionlar Liqasında keçiriləcək B qrupunun “Prometey Dnipro” (Ukrayna) - “CS Volei Alba Blaj” (Rumıniya) matçının supervayzeri olacaq.

CEV-in təyinatlarına əsasən, İsmayılova görüşün hakimləri macarıstanlı Peter Şabo və fransalı Kristof Lekurun işinə qiymət verəcək.

Qarşılaşma bu gün Çexiyanın Kutna Hora şəhərində keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri