12 
Yan
2023
01:40
18
91
4785
Virtual karabakh

Futbol tarixinin ən uğursuz transferləri açıqlandı - SİYAHI

12 Yan, 2023
01:40
4785

Futbol tarixinin ən uğursuz transferləri açıqlandı - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nüfuzlu “Goal” nəşri futbol tarixinin ən uğursuz transferlərinin reytinqini hazırlayıb.

Birinci yeri 2018-ci ilin yanvarında 120 milyon avro + 40 milyon avro bonus qarşılığında Filipp Koutinyonun “Liverpul”dan “Barselona”ya keçməsi olub..

Braziliyalı yarımmüdafiəçi Kataloniya klubunun əsas heyət oyunçusu ola bilməyib və 6 ay sonra “Bavariya”ya icarəyə verilib. Lakin Münhen klubu icarə müddətinin sonunda futbolçunu almaqdan imtina edib.

Koutinyo “Barselona”ya qayıdıb, lakin yenə də əsas komandada özünü təsdiq edə bilməyib və zədələr səbəbindən uzun müddət meydandan kənar qalıb.

2022-ci ilin yanvarında katalon klubu yarımmüdafiəçini “Aston Villa”ya icarəyə verib və həmin ilin mayında ingilis klubu oyunçunun hüquqlarını tamamilə satın alıb.

Ən uğursuz transferlər arasında Koutinyodan başqa daha iki “Barselona” futbolçusu var.

 - Antuan Qrizmann (2019-cu ildə “Atletiko”dan “Barselona”ya 120 milyon avroya keçib);

 - Joao Feliks (2019-cu ildə 126 milyon avroya Benfikadan "Atletiko Madrid"ə keçib);

- Usman Dembele (2017-ci ildə 105 milyon avroya “Borussiya”dan “Barselona”ya keçib);

- Pol Poqba (2016-cı ildə “Yuventus”dan “Mançester Yunayted”ə 89,5 milyon funt-sterlinqə keçib).

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri