12 
Yan
2023
18:32
185
22
1343
yuxarı
“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq
12 Yan, 2023
18:32
1343
185
22
“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyunlarda VAR sistemindən istifadə olunacaq.
Qitə futbol qurumundan verilən məlumata görə, turnirin bu mərhələsindən etibarən hakimlər VAR-dan yararlanacaqlar.
Pley-off mərhələsinin matçları fevralın 16-da və 23-də baş tutacaq. “Qarabağ” ilk oyununa Bakıda, cavab görüşünə isə səfərdə çıxacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında 2021/2022 mövsümündə yalnız yarımfinal və final görüşlərində VAR sistemindən istifadə olunub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək