15 
Yan
2023
22:22
18
312
3118
Virtual karabakh

Ukraynalı basketbolçu 33 yaşında vəfat edib

15 Yan, 2023
22:22
3118

Ukraynalı basketbolçu 33 yaşında vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna millisinin sabiq müdafiəçisi Ruslan Otverçenko ürəyində yaranan problem səbəbindən 33 yaşında Kiyevdə vəfat edib.

Bu barədə Ukrayna Basketbol Federasiyası məlumat yayıb.

Otverçenko Monqolustanda anadan olub, lakin demək olar ki, bütün karyerasını Ukrayna klublarında keçirib. O, “Kiyev”, “Donetsk” və “Prometey” komandalarında çıxış edib. 15 yaşında basketbolçu Ukraynanın 16 yaşadək yığma komandasına daxil olub.

Otverçenko Ukraynanın kişilərdən ibarət yığmasında 12 oyun keçirib və “EuroBasket 2017”də çıxış edib. Turnirdə Ukrayna 1/8 finala yüksəlib və burada gələcək “EuroBasket” qalibi Sloveniya komandasına məğlub olub.

Müdafiəçi Ukrayna Superliqasının ilk beş futbolçusu siyahısına daxil edilib və 2012-ci ilin ən yaxşısı adına layiq görülüb. 2017-ci ildə o, “Budivelnik”lə ölkə çempionu olub.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri