18 
Yan
2023
17:24
84
17
1238
Virtual karabakh

Şahmat üzrə Avropa çempionu Azərbaycan millisində işləyəcək

18 Yan, 2023
17:24
1238

Şahmat üzrə Avropa çempionu Azərbaycan millisində işləyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa çempionu, komandaların yarışında dünya çempionatının qalibi, tanınmış şahmatçı Yevgeni Tomaşevski bir müddət ölkəmizdə fəaliyyət göstərəcək.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, rusiyalı mütəxəssis yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

Federasiya yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığmanın hazırlıq səviyyəsini artırmaq məqsədi ilə Tomaşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib.

Şahmatçıların hazırlığı fərdi inkişaflarına uyğun xüsusi proqramla keçiriləcək.

Qeyd edək ki, dünyanın tanınmış şahmatçılarından olan Yevgeni Tomaşevski iki dəfə Rusiya çempionatında qızıl medal qazanıb. Bununla yanaşı, o, Saratov klubunun heyətində iki dəfə Avropa Kubokunun qalibi olub. Hazırda şahmatçı 2 694 xal ilə FIDE reytinqində 44-cü pillədə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri