24 
Yan
2023
17:28
193
30
7995
Virtual karabakh

“Qarabağ”dan supertransfer cəhdi

24 Yan, 2023
17:28
7995

“Qarabağ”dan supertransfer cəhdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” ağır zədə alan Şahruddin Məhəmmədəliyevin əvəzinə qapıçı tapıb.

Sports.az xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubunda çıxış edən Andrey Lunyovu mövsümün sonunacan icarəyə götürmək üçün məxsus olduğu kluba rəsmi təklif göndərib.

Rusiya yığmasında 7 oyun keçirmiş tanınmış qolkiper karyerasına Moskva “Torpedo”sunda başlayıb. Təcrübəli qapıçı Sankt-Peterburq “Zenit”indəki çıxışı ilə Rusiya hüdudlarından kənarda da məşhurlaşıb. O, 3 dəfə Rusiya çempionu olub, 1 dəfə bu ölkənin kubokunu qazanıb.

2021-ci ildə Leverkuzen təmsilçisinə keçən Lunyov ötən mövsüm bu klubun heyətində Bundesliqanın bürünc medalını qazanıb.

Mövsümün əvvəli Bundesliqada “Auqsburq”la oyunda 90 dəqiqə meydanda olan təcrübəli qapıçı daha sonra zədə səbəbindən “Bayer 04”ün əsas heyətindəki yerini itirib.

Lunyovun leverkuzenlilərlə müqaviləsi bu mövsümün sonu bitir. 

“Qarabağ” tanınmış qolkiperi anlaşması bitənəcən Almaniya klubundan icarəyə götürmək üçün “Bayer 04”ə rəsmi təklif göndərib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri