24 
Yan
2023
20:37
114
22
1996
yuxarı
“Sumqayıt” növbəti transferini gerçəkləşdirdi
24 Yan, 2023
20:37
1996
114
22
“Sumqayıt” növbəti transferini gerçəkləşdirdi
Qış fasiləsində heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” daha bir futbolçunun keçidini gerçəkləşdirib.
Klubdan verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq İsrail “Bney Yehuda”sında çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb.
28 yaşlı forvard “Sumqayıt”ın heyətində 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Karim Abubakar karyerası ərzində ölkəsinin “Medeama”, İspaniyanın “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” və İsrailin “Hapoel Akre” klublarının uğurları üçün çalışıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək