24 
Yan
2023
23:17
268
16
4298
Virtual karabakh

“Qarabağ” albaniyalı hücumçunun transferini AÇIQLADI - VİDEO

24 Yan, 2023
23:17
4298

“Qarabağ” albaniyalı hücumçunun transferini AÇIQLADI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Albaniya millisinin futbolçusu Redon Cicanın transferini açıqlayıb.

Bununla bağlı Ağdam klubunun sosial şəbəkə hesabında video paylaşılıb.

Son olaraq ölkəsinin “Tirana” komandasında çıxış edən 25 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. “Şkendiya”nın yetirməsi olan futbolçu 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. O, 2021-ci ildən formasını geyindiyi “Tirana”da 49 oyuna 29 qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri