26 
Yan
2023
03:19
156
61
3438
Virtual karabakh

İbrahimoviç: “O, daha bir dəfə dünya çempionu olacaq”

26 Yan, 2023
03:19
3438

İbrahimoviç: “O, daha bir dəfə dünya çempionu olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç Argentina millisinin Qətərdə keçirilən dünya çempionatındakı qələbəsini şərh edib və PSJ-nin hücumçusu Kilian Mbappenin gələcək karyerası barədə proqnozunu səsləndirib.

Z.İbrahimoviç hələ dünya çempionatı başlamazdan əvvəl Argentinanı favorit hesab etdiyini bildirib.

“Əgər biz Qətərdə keçirilən dünya çempionatının əbədi olaraq yaddaşlarda qalmasını istəyirdiksə, qalib kim olmalı idi ki? Messi tarixin ən yaxşı oyunçusu sayılır və mən onun dünya çempionluğunu qazanacağına əmin idim”, - deyə isveçli hücumçu vurğulayıb.

41 yaşlı Zlatan Fransa millisinin hücumçusu Kilian Mbappe barədə də yüksək fikirlər səsləndirib:

“Mbappe daha bir dünya çempionluğunu qazanacaq. Mən ona görə narahat deyiləm. Məni narahat edən argentinalı futbolçulardır. Bəli, Messi xatırlanacaq, amma biz özlərini qeyri-adekvat aparan digər argentinalı futbolçulara hörmət edə bilmərik. Mən bunu yüksək səviyyəli peşəkar futbolçu kimi deyirəm. Siz bu cür davranışla bir dünya çempionluğunu qazana bilərsiniz, amma bir daha bu uğuru təkrar edə bilməzsiniz”.

Mənbə: RMC Sport

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri