25 
Yan
2023
15:10
20
133
3343
Virtual karabakh

“Qarabağ”ın ikinci qapıçısından Şahruddinsayağı səhv - VİDEO

25 Yan, 2023
15:10
3343

“Qarabağ”ın ikinci qapıçısından Şahruddinsayağı səhv - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Premyer Liqasının növbəti turunun oyunları çərçivəsində Tovuz “Turan”ı Ağdamın “Qarabağ” klubu ilə qarşılaşır. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi ağdamlıların 1:2 hesablı qələbəsi ilə başa çatıb. 

İlk hissədə ən yaddaqalan epizodlardan biri “köhlən atlar”ın qapıçısı Luka Quqeşaşvilinin kobud səhvə yol verməsi və bundan sonra tovuzluların hesabı bərabərləşdirməsi olub. 

Qeyd edək ki, Ağdam klubunun zədə səbəbindən qarşılaşmanı buraxan əsas qapıçısı Şahruddin Məhəmmədəliyev də bir neçə dəfə vacib oyunlarda analoji səhvləri ilə yadda qalıb və bu, azarkeşlərin sərt tənqidinə səbəb olub. 

Xatırladaq ki, Ş.Məhəmmədəliyev iki ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri